az | rus | eng | tr

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Məhsul

Izosistemli alümindən hazırlanan qapı-pəncərə sistemləri, binaların fasadlarının alümin-şüşə konstruksiyalarla tərtibatı ilk dəfə olaraq Azərbaycanda Beynəlxalq Bankın əsas inzibati binasında tətbiq olunmuşdur. Hələ 15 il əvvəl Bakının mərkəzində inşa edilən bank binasının fasadının ənənəvi daş, beton və ya kərpiclə deyil, alümin profil və şüşə ilə tərtib olunması çoxlarında belə bir yeniliyin özünü doğruldacağına şübhə oyadırdı. Bina istismara buraxıldıqdan sonra Bakıda inşa edilən istər xüsusi evlərdə, istərsə də inzibati binalarda izosistemli alümin-şüşə fasadların və ümumiyyətlə, bu növ alümindən hazırlanan qapı və pəncərələrin sayı artmağa başladı. Istehlakçılar Avropadan gətirilmiş yeni texnologiyaların üstünlüyünü öz gündəlik həyatlarında, evlərində, iş yerlərində hiss etdilər.

Izosistemli alümindən hazırlanan qapı-pəncərələr və ya fasadlar nədir və onlar taxtadan, PVX-dan hazırlanan qapı-pəncərə sistemlərindən nə ilə fərqlənir?

Hər şeydən əvvəl, bizim istifadə etdiyimiz alümin özünün kimyəvi tərkibinə görə, qalınlığına və konstruktiv formasına görə hamının əvvələr istifadə olunan bəsit alümin profildən tamamilə fərqlənir. Izosistemli alümin profillər iki hissədən ibarət olaraq zavod şəraitində xüsusi tərkibli PVX-dan olan termokörpü ilə sıxılaraq birləşdirilir. Profillərin çoxkameralı olması və termokörpünün iki profili biribirindən ayırması onların qışda soyuğu, yayda isə istini daxilə buraxmamasına səbəb olur. Profillər çoxpilləli kimyəvi işlənmədən keçib boya sexində rəngləndikdən sonra sifariş verilən layihəyə uyğun olaraq yığma sexində çərçivə, qapı və pəncərə formasına salınır. Bütün bu texnoloji proses Avropadan gətirilmiş ən müasir avadanlıqlar vasitəsilə həyata keçirilir. Boya sahəsində İtaliyadan gətirilmiş və italyan mütəxəssislərinin iştirakı ilə quraşdırılmış avadanlığın vasitəsilə profillər istənilən rəngdə boyana bilir. Profillərin üzərinə təbii ağac rəngini imitasiya edən boyanın vurulmasını aparan avadanlığın isə nəinki Azərbaycanda, hətta MDB respublikalarında da analoqu yoxdur. Bu texnologiya ilk növbədə boyanmada yüksək keyfiyyətə və sifarişin qısa zamanda yerinə yetirilməsinə şərait yaradır. Izosistemli alümin profillərdən istifadə etməklə yüksək mərtəbəli binaların fasadının şüşələnməsi həmin binalarda adətən istifadə olunan torpaq, sement, kərpic, daş, boya və s. tikinti materiallarına qənaət etməklə bərabər fasad işlərinin çox qısa müddətdə tamamlanması, təkrarolunmaz müasir dizayn yaradılması və gələcəkdə fasadın təmir işlərinin(suvağının, boyasının təzələnməsi) istisna olunması deməkdir. Bu növ fasad sistemlərinin yüksəkmərtəbəli binalarda tətbiq edilməsi seysmik cəhətdən də daha məqsədəuyğundur.

Asnaf şirkətinin Azərbaycanda ilk dəfə tətbiq etdiyi yeniliklərdən biri də, binaların fasadının alümin kompozit lövhələrlə örtülməsi işidir. Səthi xüsusi texnologiya ilə boyanmış alümin kompozit lövhələr müxtəlif ölkələrdə müxtəlifcür – Alpolic(Yaponiya), Alubond(Almaniya), Alucobond(Türkiyə) və s. adlanaraq müasir dünya memarlığında eksteryer elementləri sırasında mühüm yer tutur. Dünyanın müxtəlif ölkələrində inşa edilmiş müasir binaların fasadı məhz alümin kompozit lövhələrlə üzlənmişdir. Asnaf şirkətinə məxsus istehsal sahələrindən birində alümin kompozit lövhələr(Yaponiyanın Mitsubishi şirkətindən gətirilir) xüsusi avadanlıqların vasitəsilə müəyyən ölçüsü olan adi alümin vərəqələrdən müxtəlif formalı həndəsi fiqurlara çevrilərək inşaat sahələrinə daşınır və fasada montaj edilir. Bu lövhələrlə tərtib olunmuş binaların fasadlarının uzun müddət təmirə ehtiyacı olmur. Bundan əlavə, alümin lövhələrlə binanın divarı arasında qalan boşluq(5-6 sm) izolyasiya rolunu oynayaraq divarları nəmlikdən, soyuqdan, yayda isə qızmaqdan qoruyur. 3 ha-ya yaxın olan bir ərazidə Asnaf şirkətinin fabriki yerləşir. Aylıq istehsal gücü 10000 kv.m hazır məhsul olan fabrik boya sexindən, yığma sexindən, şüşə sexindən, alümin kompozit lövhələrin yığılması sexindən, qaynaq sexindən, 3 ambardan ibarətidr. Fabrikdə 150 nəfərə yaxın adam işləyir. Fabrikin ərazisində 50 nəfərlik yeməkxana, fəhlələrin məişət otaqları, avtomaşınlar üçün dayanacaq yerləşir.

 

 



Xəbərlərin arxivi

Copyright © 2013 Asnaf Company