az | rus | eng | tr

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Missiya

“Asnaf” şirkəti fəaliyyətinin ilk günlərindən özünün əsas vəzifəsini Azərbaycan bazarına dünyanın qabaqcıl texnologiyalarını gətirmək və bununla da, azərbaycan istehlakçılarının yüksək keyfiyyətli sənaye məhsullarına olan tələbatını təmin etməkdə görür. Şirkətin belə bir mövqe seçməsi təsadüf deyil. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra azərbaycan vətəndaşları dünyanın müxtəlif ölkələrinə daha tez-tez səfərlər edərək yeni texnologiyalarla hazırlanmış müxtəlif təyinatlı sənaye məhsulları ilə tanış olur və onların öz vətənlərində istehsal olunaraq istehlakçılara satılması arzusunda olmuşlar. Son illər dünyanın müxtəlif ölkələrinin şirkətləri, korporasiyaları Azərbaycanda böyük layihələrin həyata keçirilməsi ilə məşğuldur. Şübhəsiz ki, inkişaf etmiş ölkələrin nümayəndələrinin Respublikamızda işlədiyi dövrlərdə müxtəlif sənaye məhsullarına olan tələbatını ödəmək üçün onlara dünya standartlarına cavab verən mallar təklif olunmalıdır. Azərbaycanın inşaat sektorunda onlarla yerli və xarici şirkət tikinti ilə məşğuldur. Həmin şirkətlər bir qayda olaraq inşaatda istifadə olunan materialların bir qismini xarici ölkələrdən idxal etmək məcburiyyətində olurdular. Müasir standartlara cavab verə bilən fasad və qapı-pəncərə sistemlərindən söhbət düşəndə podratçı şirkətlər bu sahədə təcrübəsi olan xarici şirkətləri Azərbaycana dəvət edirdilər. Bu isə vaxt itkisinə, məhsulun qiymətinin artmasına gətirib çıxarırdı. Ən önəmlisi isə kontrakt əsasında işini görən xarici şirkətlər öz ölkələrinə qayıtdıqdan sonra onların istehsal etdiyi məhsullara vaxtaşırı servis xidməti göstərmək üçün vətəndaşlar mütəxəssis axtarırdılar. Asnaf şirkətinin potensial sifarişçiləri yuxarıda göstərilən problemlərdən uzaqdırlar. Yüksək keyfiyyətli məhsul istaehsal etməklə yanaşı şirkət servis xidmətinə də xüsusi diqqət yetirir. Bu səbəbdən də, demək olar ki, Asnaf şirkətindən narazı qalanlar olmur. Bu mənada “Asnaf” şirkətinin mövqeyi və strategiyası müasir dövrün təklif-tələbat konsepsiyasına tam uyğun gəlir. Belə bir mühüm vəzifəni yerinə yetirmək üçün “Asnaf” şirkəti ilk növbədə özünün imicinin qorunub saxlanmasına çalışır. Istehsal olunan məhsulun keyfiyyət göstəriciləri ilk növbədə müvafiq istehsal sahələrinin, müasir avadanlığın, bu avadanlıqlarla işləyən yüksək peşəkarlığlı işçilərin və dünya standartlarına cavab verən xammal və aksesuaların olmasından asılıdır. “Asnaf” şirkəti sadalanan bütün bu şərtlərə dəqiq əməl etdiyinə görə təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda keyfiyyətli məhsul təklif etmək iqtidarındadır. Bir sözlə, Asnaf şirkətinin məhsullarından istifadə edən hər bir subyekt istər evində, istər ofisində və ya digər sahələrdə yalnız rahatlıq, arxayınçılıq, gözəllik və harmoniya tapa bilər.



Xəbərlərin arxivi

Copyright © 2013 Asnaf Company